Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

ABŞ Almaniya hökumətini 1990-cı illərdən izləyirmiş

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) uzun müddət ərzində Almaniya kansleri Angela Merkel də daxil olmaqla, bir neçə nazirin, dövlət qurumlarının digər rəhbərlərinin və yüksək vəzifəli məmurların telefonunu dinləyib. “TASS”ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın WDR və MDR radiostansiyaları, həmçinin Süddeutsche Zeitung nəşri “Wikileaks” təşkilatına istinadla məlumat yayıblar.

Məlumata görə, ABŞ MTA-nın 2010-2012 –ci il tarixli siyahılarında Almaniya Maliyyə Nazirliyinin telefon və faks nömrələri yer alıb.

“İzləmə ən geci 1990-cı illərdən aparılıb”, deyə “Süddeutsche Zeitung” nəşri “Wikileaks”-ə istinadən bildirib. Nəşrin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları 1999-cu ildə Almaniyanın sabiq maliyyə naziri Oskar Lafontenin telefonunu dinləyib. Maraqlısı odur ki, qeyd olunan telefon nömrəsi indiyədək aktivdir. Hazırda bu nömrə ilə indiki maliyyə naziri Volfqanq Şoyblenin katibliyi ilə əlaqə saxlamaq mümkündür.

Məlumata görə, MTA-nı ilk növbədə Almaniyanın iqtisadi və valyuta siyasəti maraqlandırıb./apa/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber