Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

Villada namus üstə qətl: qudası güllələndi, nazirin qardaşının dili tutuldu

İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib.

Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının şərəfini qorumaq üçün törədib.

Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov Çiləgir kəndində baş verən qətl hadisəsini təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb.

Cinayətin motvinə gəlincə isə Anar Salehov bu barədə məlumat verməyib.

"Hazırda istintaq gedir. Cinayətin motivi və gedişi ilə bağlı rəsmi məlumat yayılacaq” - deyə prokuror köməkçisi qeyd edib.

"Turan” agentliyinin xəbərində isə deyilir ki, gözətçi öz ailəsinin şərəfini qorumaq üçün R.Vəliyevi güllələyib.

Qətlə yetirilmiş biznesmen Ramiz Vəliyevin nazirlərdən birinin qohumu olduğunu bildirilir.

Virtualaz saytı Qusardakı mənbələrdən dəqiqləşdirib ki, həmin şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.

Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.
765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı