Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

"Mənim üçün ən böyük söyüş anamın Xoşqədəmə baxıb ağlamasıdır"

Bir Allah, bir də dostlarım şahiddir ki, efir biabırçılıqları ilə bağlı yetərincə tənqidi yazılar yazmışam, sözümü demişəm, iradlarımı bildirmişəm...

Amma yenə də hər şeyə rəğmən bir etirafda bulunacam: Bütün inandıqlarıma and olsun, ən böyük söyüş eşitdiklərimiz və qulaq şahidi olduqlarımız deyil!

Şəxsən mənim üçün ən böyük söyüş - ziyalı anamın və mənim anam kimi minlərlə (bəlkə də yüz minlərlə) ananın Xoşqədəmin verilişinə baxıb ağlamasıdır!

Mənim üçün ən böyük söyüş - həmin anaların Zaurları, Elgizləri öz oğullarına örnək göstərməsidir!

Mənim üçün ən böyük söyüş - manısa toyda 5 saat oxuması üçün verdiyimiz 15 min manatın efirdən özümüzə, üzümüzə tüpürcək şəklində qayıtmasıdır!

* * *

Əl çəkin, Vaqif Mustafayevdən. Əl şəkin "Spase"dən. Canım üçün düz deyirəm, əl çəkin. Günah onların deyil, özümüzündür...

Bizik - akademiklə, ziyalı ilə bir stolda oturmaqdan imtina edib, kənarda hansısa fahişə müğənni ilə şəkil çəkdirənlər. Hələ üstəlik, bununla qürurlananlar!

Bizik - layiqsizləri mindirdiyimiz başımızda sonradan ağrı, yük axtaranlar!

Bizik - düşük verilişləri izləyib, reytinqə "oturdub", tələb - təklif arasındakı disbalansı pozub, ardınca dil altda deyinənlər!

Bizik, `namussuz`, `alçaq` desək də, onlarla üzbəüz qaldığımızda kompliment yağdıranlar!

İndi kimi ittiham edirik?!....

Elşən Musayev
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı