Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2015

ABŞ-Venesuela gizli danışıqları üzə çıxdı

Venesuela və ABŞ artıq üç aydır ki, münasibətlərin normallaşdırılması üçün gizli danışıqlar aparırlar.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

Agentliyin məlumatına görə, ABŞ tərəfindən bu görüşləri Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Şennon aparır. O, mart ayında Karakasa gələrək, burada Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb. Şennonun görüşdüyü növbəti şəxs isə Venesuela Milli Assambleyasının sədri Dosdado Kabelo olub.

Bundan başqa, hazırda Senatın Xarici İşlər üzrə Komitəsinin rəhbəri Bob Korker də Venesueladadır. Hökumət və müxalifətlə danışıqlar aparan Korker onların qarşısına şərt də qoyub. Vaşinqton müxalifət lideri Leopoldo Lopesin aclıqdan öləcəyi halda onlarla istənilən danışıqları dayandıracaqlarını bildirib.

Qeyd edək ki, ABŞ artıq Kuba ilə diplomatik münasibətlərini bərpa edib.
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23