Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

03 iyulda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyulun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyulun 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.
Xəbərdarlıq
İyulun 04-də ayrı-ayrı yerlərdə şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı