Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Ukrayna Donbassda döyüşən rus generalların adlarını ABŞ-a təqdim etdi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ABŞ hökumətinə Rusiya ordusunun Donbass münaqişəsində iştirakına dair 30 səhifəlik sübut təqdim edib.

“Bloomberg”in verdiyi məlumata görə, sənədə əsasən Luqansk Xalq Respublikasındakı silahlı dəstələrə Rusiya ordusunun general-mayorları Oleq Tsekov, Sergey Kuzovlev və Roman Şadrin, Donetsk Xalq Respublikasındakı qüvvələrə isə general-mayorlar Valeri Solodçuk və Aleksey Zavizion komandanlıq edirlər.

Hesabatda bildirilir ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda Rusiya ordusunun azı 9 min nəfərdən ibarət 15 taktiki-batalyon qrupu iştirak edir.

Vaşinqtondakı mənbələr Ukrayna tərəfindən 30 səhifəlik hesabat aldıqlarını təsdiqləyərək orada əks olunmuş faktların ABŞ kəşfiyyatının məlumatları ilə üst-üstə düşdüyünü söyləyiblər./apa/
526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi