Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Meksikada daha bir jurnalist öldürüldü

Meksikanın Oaxaka ştatında “Favorita” radiostansiyasının əməkdaşı Sançes Sarmento qətlə yetirilib.

TASS agentliyinin verdiyi xəbərə görə, jurnalist küçədə yaxın məsafədən atılan beş güllə ilə öldürülüb.

Yerli mətbuat radioaparıcının dəfələrlə ölümlə hədələndiyini bildirir. Sançes Sarmento son bir həftə ərzində Meksikada qətlə yetirilən sayca ikinci jurnalistdir. İyunun 26-da Quanxuato ştatında “Tabano” həftəlik qəzetinin baş redaktoru Herardo Nyeto öldürülüb. Hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin oktyabrında bir qrup silahlı “Fiesta Mexicana” teleradioşirkətinə basqın edərək məşhur radio aparıcısı Atilano Tiradonu canlı yayımda çıxış edən zaman güllələmişdi./apa/
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı