Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Rusiya ATƏT-i boykot etdi

Rusiya Finlandiyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməyəcək. Buna səbəb isə, Finlandiyanın Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməməsi olub. Rusiya vəziyyətlə əlaqədar ATƏT-in növbəti sessiyasını boykot etmək qərarına gəlib.

“Əminəm ki, Vaşinqtonun dağıdıcı və aqressiv siyasəti və onun asan idarəolunan müttəfiqləri bizim suveren iradəmizi dəyişə bilməyəcək. Biz avropalılar birgə yaşayacaq, öz taleyimiz və evimiz Avropanın gələcəyi ilə bağlı özümüz qərar verəcəyik. Biz avropalılar üçün bu cür azadlıq hər şeydən dəyərlidir” - deyə Sergey Narışkin bildirib.

Rusiyanın Krımı birləşdirməsi və Ukraynanın şərqində hökumətə qarşı çıxan üsyançı qüvvələri dəstəkləməsi ilə əlaqədar Qərb ölkələri Moskvaya qarşı çoxsaylı sanksiyalar tədbiq edir. Rusiyanın yüksək rütbəli dövlət nümayəndələrinə qarşı viza qadağası tədbiq olunması da sanksiyaların tərkib hissəsidir./ans/
515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber