04 Dekabr 2013
Gülər Əhmədovanın “3 ilinə” reaksiyalar gəldi

Müzəffər Baxış: “Əgər o, heç bir cinayət törətmədiyini deyirsə, ona 62-ci maddəni tətbiq etmək qeyri-mümkündür”; Ayxan Məmmədov: “Demək ki, bu cəzaya layiq idi də...”
Məmməd Zeynalov: “Məqsəd də Elşad Abdullayevdən ”niqadyay" düzəltmək idi"
Sabiq deputat Gülər Əhmədova barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsi qərarı fərqli reaksiyalara səbəb olub. Ailə üzvləri düşünür ki, prokurorun çıxışında, habelə hakimin elan etdiyi hökmdə G.Əhmədova barəsində heç bir sübut ortaya qoyulmayıb. Səthi işlənmiş cinayət işi əsasında sabiq deputata 3 il cəza verildiyini düşünənlər var. Amma eyni zamanda insanlar arasında “o ki, ona 3 il iş veriləcəkdi, işinə niyə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı”, “1 milyon manatlıq dələduzluğa görə də 3 il iş verərlər?” kimi fikirlər səslənir. Bunun nə qədəri “obavatel” yanaşması, nə qədəri hüquqi biliklərə söykənir, deyə bilmərik.
Amma hüquqşünas Müzəffər Baxış G.Əhmədovaya qarşı irəli sürülən ittihamlar və verilən cəzanın hüquqi şərhini verdi.

Onun sözlərinə görə, G.Əhmədovaya Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə ittiham veriblər və məhkəmə zamanı da ittihamda heç bir dəyişiklik olmayıb. Müsahibimiz sözügedən maddələrin ağır cinayətlər kateqoriyasına aid olduğunu bildirdi: “Sadəcə olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları tətbiq edilməklə ona qanunda nəzərdə tutulduğundan da yüngül cəza təyin edilir. Mütəsna hallar olanda 62-ci maddə dövriyyəyə girir. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu halların məcmusu müstəsna hal hesab edilə bilər. 178.3.2. maddəsində aşağı hədd cəza 7 ildir. Cəza olaraq 7 ildən 12 ilə qədər cəza nəzərdə tutulub. Əgər 62-ci maddəni tətbiq etməsəydilər, ona 7 ildən aşağı cəza təyin edə bilməzdilər. Cinayətin təsnifatına onun heç bir aidiyyəti yoxdur. 178.3.2-ci maddədə nəzərdə tutulan cinayət ağır cinayətdir”.
“Cəza verilən maddələrə adekvatdırmı” sualına cavabda M.Baxış dedi ki, Azərbaycan kimi ölkələrdə belə məsələlərə şərh vermək çətindir. Onun sözlərinə görə, burada nə məhkəmə hakimiyyəti, nə qanunun tətbiqində dəqiqlik və dürüstlük mövcuddur: “Azərbaycanda məhkəmələr siyasi sifarişlə bu və ya digər işləri həyata keçirir. Görünür, bu məsələdə də onlara verilən siyasi sifariş əsasında qərar qəbul ediblər. Əgər Gülər Əhmədova hesab edir ki, heç bir cinayət törətməyib, bu halda 62-ci maddəni ona tətbiq etmək qeyri-mümkündür. O zaman hansı müstəsna halları əsas götürürsən? Nəyi tətbiq edirsən? Bu adam deyir ki, cinayət törətməmişəm. Əgər desəydi ki, cinayət törətmişəm, filankəslər də mənimlə birgə cinayət törədib, o zaman bu, başqa məsələ olardı və bunu nəzərə almaq mümkün idi. Amma bu, əsas deyil. Onun törətdiyi cinayət əməlində 1 milyon 500 min dollar pul məbləğindən söhbət gedir. Mən məhkəmə təcrübəsində elə hallar tanıyıram ki, dələduzluğa görə - kimsə kiməsə 10 min manat ziyan vurubsa, ona G.Əhmədovanın cinayət işinə baxmış Bakı Ağır Cinayətlər Məhkəməsi 11 il azadlıqdan məhrum etmə cəzası verib. Həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib, himayəsində 5 azyaşlı uşağı var, digər yüngülləşdirici hallar var. Amma məhkəmə bunları nəzərə almayıb. Çünki həmin şəxsin maddi imkanı yoxdur ki, məhkəməyə nəsə versin, onu nəzərə alsın. Yəni belə hallar, misallar göstərmək olar. Elə Gülər Əhmədovanın işinə baxan hakimin verdiyi hökmlər barəsində onu göstərmək olar ki, ondan da az ziyan vuran şəxslərə daha ağır cəzalar təyin edilib. Ona görə də bunu ancaq onunla əlaqələndirmək olar ki, onlar bunu siyasi sifarişlə qəbul ediblər”.

Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə bildirdi ki, əgər G.Əhmədovaya 3 il həbs cəzası verilibsə, deməli, ona da layiqdir: “Hələ yaxşı ki, türmədən buraxmayıblar. Məsləhət olsa, daha az cəza verilərdi. Balaca uşağını nəzərə alıblar çox güman ki. Uşaq da yazıqdır axı”.
Bu arada G.Əhmədovanın məhkəməsində barəsində tez-tez danışılan, S.Babayeva, Tavat Şirinovanın da iştirakçısı olduğu videomaterialın çəkilmə tarixçəsi barədə ilginc detala toxunaq. “Yeni Müsavat” ötən il bu zamanlarda Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin ofisində, hüquq müdafiəçisi Məmməd Zeynalovun iştirakı ilə baş tutmuş çəkiliş barədə tərəfləri danışdırmışdı. Publika.az aradan bir il keçəndən sonra bu tərəfləri yenidən danışdırıb və ortaya ilginc təfərrüatlar çıxarıb. Novella Cəfəroğlunun sözlərinə görə, sözügedən video televiziyada yayımlanıb, ofisə gələn 3 müəllim ABU-da işlədiklərini və E.Abdullayevin qanunsuzluqlarından şikayətçi olduqlarını deyiblər: “Orda Gülər xanımın adı çəkilməyib. Ancaq Elşad Abdullayevin adı çəkilib. Biz də dedik ki, bunları bizə yox, gedin müvafiq orqanlara deyin. Mən onlarla üzbəüz görüşməmişəm. Bizim hüquqşünas Məmməd Zeynalov görüşüb, detallarını da o bilir”.
M.Zeynalov isə bildirib ki, adı çəkilən şəxslər Elşad Abdullayevin G. Əhmədovanın videosunu yaymasından bir gün əvvəl onların ofisinə gəlib: “Video yayılmamışdan əvvəl Gülərdə məlumat olub ki, prokurorluqda belə bir video var. Və bir neçə günə ictimaiyyətə açılacaq. O şəxsləri də- Sevinc Babayeva idi, Lyudmila idi, bir də bir qadın var idi (Tavat Şirinovanı nəzərdə tutur-red.)- Gülər Əhmədova bizim yanımıza göndərmişdi. Bu videonun yayılacağını bildiyi üçün əvvəlcədən Elşad Abdullayev haqqında mənfi rəy formalaşdırmağa çalışırdı ki, videonun effektini azaltsın”.
Həmin şəxslərin nədən danışdıqlarına gəlincə, M. Zeynalov bildirib ki, onlar Elşad Abdullayevin rüşvət aldığından, cinayətkar olduğundan danışıblar: “Gülər onlarla birlikdə bir operator da göndərmişdi ki, görüş lentə alsın. Gələnlər Elşad Abdullayevin işçiləri idi. Deyirdilər ki, Elşad belə dağıtdı, belə yedi. Tələbələrdən diplom üçün pul alıb, amma diplomları verməyib. Bu işə onları da cəlb edib. Sonda isə özü qaçıb, hər şey bunların üstündə qalıb. Ziyana düşənlər də onlardır. Gülərin məqsədi Elşadın yanında işləyənlərin dili ilə Elşad haqqında pis fikir formalaşdırmaq və onu zərərsizləşdirmək idi. Özü də məlum videonun yayılmasından bir gün əvvəl bu olmuşdu. Hər şey quraşdırma idi. Məqsəd də Elşad Abdullayevdən ”niqadyay" düzəltmək idi. Mən də dedim ki, prokurorluğa yazın, bu işlə onlar məşğul olsunlar". /musavat/
21.04.18, 10:27
Şimali Koreya nüvə sınaqlarından imtina etdi 21.04.18, 08:40
Ağdamdan olan məcburi köçkün İsmayıllıda özünü öldürmək istədi 21.04.18, 08:02
Yəməndə hava zərbələri nəticəsində 20 dinc sakin şəhid olub 21.04.18, 07:53
Dumada yeni kimyəvi maddələr tapıldı - Rodionov 21.04.18, 07:49
Xərçəngi məhv edən daha bir vasitə tapıldı – İnsanlığın xilası 21.04.18, 07:43
Hicablı qadın vətəndaşlıqdan çıxarıldı - Biabırçı səbəb 21.04.18, 07:40
Qərb Suriya ilə yanaşı, Cenevrəni də bombaladı - Lavrov 21.04.18, 07:39
Suriyada ABŞ raketləri aşkar edildi 21.04.18, 07:36
Vaşinqton açıqladı: Rusiya ilə açıq dialoq istəyirik 21.04.18, 07:35
Çayın qadınlar üçün inanılmaz faydası aşkar edildi 21.04.18, 07:34
66 senator Ərdoğanı təhdid etdi 21.04.18, 07:29
21 apreldə gözlənilən hava şəraiti 20.04.18, 21:15
İlham Əliyevin nəzərində Vətənə xidmət nələrdir? 20.04.18, 20:53
İMAM HÜSEYNİN (Ə) HƏRƏMİNDƏN GÖZOXŞAYAN FOTOLAR 20.04.18, 13:42
25 nəfərin ölümünə görə daha iki xırda məmur işdən çıxarıldı 20.04.18, 13:09
21 yaşlı gənc özünü asdı 20.04.18, 11:19
Buş: Putinlə ehtiyatlı olun, o ağıllıdır 20.04.18, 11:14
Suriya ordusu hücuma hazırlaşır: 48 saat vaxt verdi 20.04.18, 11:12
Bəşər Əsəd Şirakdan aldığı ordeni Fransaya geri qaytardı 20.04.18, 10:47
"ŞƏFFAF" SEÇKİ NƏLƏRLƏ YADDA QALDI - VİDEO 20.04.18, 09:35
Bakıda bıçaqlanma olub 20.04.18, 09:34
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb 20.04.18, 09:31
Hər gün bir limon yeməyin - 8 FAYDASI 20.04.18, 09:20
İraq Suriyaya zərbə endirdi 20.04.18, 09:16
Atəş açıldı: terrorçulara kimsə məlumat ötürüb - Lavrov 20.04.18, 09:12
20 apreldə gözlənilən hava şəraiti 19.04.18, 22:01
Tovuzda 2-ci qrup əlil özünü asdı 19.04.18, 19:59
Cəlilabadda məktəbli qız intihar edib 19.04.18, 19:56
Rusiya açıqladı: ABŞ Suriyanı onların əli ilə parçalayır 19.04.18, 14:53
Masallıda qadın özünə 16 bıçaq zərbəsi vurdu 19.04.18, 14:48
Suriya ABŞ-ın partlamayan raketlərini Rusiyaya göndərdi 19.04.18, 14:44
Tanınmış həkim səhiyyəni yıxıb-sürüdü – Ciddi problem 19.04.18, 14:41
Bakıda yaşayış binası yanır - Foto 19.04.18, 10:56
Beyini öldürən 5 pis vərdiş 19.04.18, 10:50
Saatlı sakini 30 yaşlı həyat yoldaşını bıçaqladı 19.04.18, 10:47
Qələbə üçün hücum planı da olmalıdır! 19.04.18, 10:11
Merkel Trampa xahiş edir: Rusiyaya sanksiya dayansın! 19.04.18, 08:06
Bağırsaqları təmizləyən ƏN EFFEKTLİ 6 ÜSUL - MÖCÜZƏVİ NƏTİCƏ 19.04.18, 07:29
Ucar sakini intihar edib 19.04.18, 07:25
Daha 5000 terrorçu Dəməşqən çıxır - Foto 19.04.18, 07:22
5 dişini birdən çəkdirdi, öldü 19.04.18, 07:14
Nikki Heyli Trampla münasibətindən danışdı 19.04.18, 06:57
19 apreldə gözlənilən hava şəraiti 18.04.18, 22:48
Tövbəsiz andiçmə mərasimi 18.04.18, 22:24
İran beynəlxalq hesablaşmalarda dollardan imtina etdi 18.04.18, 21:41
DİKTATOR İLHAM ƏLİYEV QURANİ-ŞƏRİFƏ AND İÇDİ Kİ... - VİDEO 18.04.18, 19:51
UEFA Çempionlar Liqasında videotəkrardan istifadə olunacaq 18.04.18, 19:47
ABŞ: Türkiyə S-400 alarsa, sanksiya tətbiq ediləcək 18.04.18, 18:08
Dünya Çempionatının bilet satışı REKORD VURDU 18.04.18, 18:01
Türkiyənin keçmiş müdafiə naziri öldürüldü 18.04.18, 15:03
Bu möcüzəvi bitki min bir dərdin dərmanı imiş - 10 ƏSAS FAYDASI 18.04.18, 14:46
Rusiya ekspertləri Şərqi Qutaya buraxdı 18.04.18, 13:31
ABŞ-dan Türkiyəyə təhdid: Əgər keşiş qaytarılmasa... 18.04.18, 13:29
İran İslam Ordusu yeni silahını təqdim etdi 18.04.18, 13:22
Türk ordusunun 25 polkovnik həbs edildi 18.04.18, 11:30
Ucar sakini özünü ikinci mərtəbədən asdı 18.04.18, 11:20
“Suriyanı vuranlara qarşılıq verəcəyik” - Rusiya hərəkətə keçdi 18.04.18, 11:18
42 yaşlı lənkəranlının qulağını kəsdilər 18.04.18, 11:11
Dağlıq Qarabağda erməni əsgər minaya düşdü 18.04.18, 11:01
Almanlar Putini niyə sevir? - 10 səbəb 18.04.18, 10:12
Ucar sakini intihar edib 18.04.18, 10:10
Vəhabi Səudiyyə Ərəbistanında son 40 ildə ilk kinoteatr açılır 18.04.18, 10:00
Rusiyalı hərbçilər Suriyada kimyəvi silah anbarını tapdı 18.04.18, 09:55
Neftçalada kütləvi dava: yaralananlar var 18.04.18, 09:52
Sərnişin təyyarəsinin havada mühərriki partladı - Foto 18.04.18, 09:49
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçdi 18.04.18, 09:45
18 apreldə gözlənilən hava şəraiti 17.04.18, 23:21
Yəmən Ərəbistanın elektrik stansiyasını vurdu 17.04.18, 21:44
İraqda 3 azərbaycanlı qadın ölümə məhkum edildi 17.04.18, 21:42
Pentaqon YPG-yə dəstək verməyə davam edəcək 17.04.18, 19:09
SARILIN ANANIZA NƏ QƏDƏR Kİ ZAMAN VAR... - VİDEO 17.04.18, 18:34
Ölkədə intihar halları 51 faiz artıb 17.04.18, 18:27
Qubada hamilə qadın xəstəxanada öldü 17.04.18, 18:26
İŞİD lideri özünü partlatdı – Əməliyyat 17.04.18, 16:32
İlahiyyatçıların cəzası ağırlaşdırıldı 17.04.18, 16:29
Zümrüd Yağmur ailəsindən imtina etdi 17.04.18, 09:52
50 QƏPİK PENSİYA ARTIMI TƏHQİRDİR - VİDEO 17.04.18, 09:05
EYNULLA FƏTULLAYEVİN İSRAİL SƏRGÜZƏŞTLƏRİ 17.04.18, 08:29
Kəlbəcərli girovların vəziyyəti pisləşdi - Biz isə erməniləri gül-çiçəklə qarşılayırıq 17.04.18, 08:22
İrana girmək istəyən silah qaçaqmalçıları yaxalandı 17.04.18, 08:11
Adi kələmin ürək üçün inanılmaz faydaları 17.04.18, 08:09
Rusiya Suriyaya S-300-lər verir - Lavrov 17.04.18, 08:05
17 apreldə gözlənilən hava şəraiti 16.04.18, 23:37
İngiltərədə maşın kütlənin üzərinə sürüldü: yaralılar var