Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Beyləqan başçısı haqda inanılmaz iddialar

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı olduqca ilginc məlumatlar yayılıb.

Tia.az-a danışan rayondakı mənbənin sözlərinə görə, gününü istirahətə sərf edən icra başçısı xidməti otağından daha çox “Cənnət bağı” restoranında əyləşir. Mənbə iddia edir ki, icra başçısı özünə yaxın yerli məmurlarla “Cənnət bağı” restoranında gecə yarıya qədər davam edən əyləncələr təşkil edir.
Məsələn, bu günlərdə yerli məmurlardan birinin 55 yaşınının tamam olması münasibətilə adıçəkilən məkanda icra başçısının iştirakı ilə təntənəli mərasim düzənlənib. Ümumiyyətlə isə bu kimi dəbdəbəli qonaqlıqlar Vaqif Abdullayevin həyat tərzidir.
Hətta müqəddəs Ramazan ayında belə təntənəli qonaqlıqlarından qalmayan icra başçısının əməlləri rayonda ciddi narazılığa səbəb olmaqdadır.
Qaynağımıza daxil olan məlumatda daha sonra iddia olunur ki, icra başçısı tutduğu yüksək dövlət postuna yaraşmayan əməllərinə görə də diqqət mərkəzindədir. Belə ki, onun adını açıqlamaq istəmədiyimiz qadınlarla bağlı yaşadıqları da kifayət qədər ilgincdir.
Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Vaqif Abdullayev münasibətdə olduğu qadınlardan birinə 5 min manata şuba alması ilə öyünür, digərini isə yüksək vəzifəyə təyin edib. Bu və digər ilginc məqamlarla bağlı daha ətraflı isə növbəti yazımızda bəhs edəcək və aşağıdakı sualları da cavablandırmağa çalışacağıq:
-Vaqif Abdullayev hansı xanımı Beyləqan RİH-də vəzifəyə gətirmək istəyib, amma hansı səbəbdən bu planından vaz keçib?
– Həmin xanım kimdir və….
– İcra başçısı “Cənnət bağı” restoranında kimləri cəzalandırmaq eşqinə düşüb?
– Vaqif Abdullayev işlətdiyi hansı cümlənin güdazına gedə bilər?
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP