Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Əbubəkr Əl-Bağdadini devirmək istəyən edam edilib

İŞİD ötən həftə Əbubəkr Əl-Bağdadiyə qarşı “çevrilişə” cəhd edən Əbu Osman əl-Həsən adlı şəxsi edam edib.

O, İŞİD-in “Məsləhət Şurası”nda təmsil olunurdu. Həsən planın üstü açıldıqdan sonra dərhal məhkəmə qarşısına çıxarılıb və naməlum bir yerdə edam edilib. Bağdadinin ətrafındakı ən yaxın şəxslərdən olan Həsənin eyni zamanda vəliəhd olduğu bildirilir.

Edamın təşkilat daxilində parçalanmalara gətirib çıxardığı, Suriya əslli üzvlərin edama qarşı çıxaraq Mosul şəhərindən çəkildiyi deyilir. İddiaya görə, Həsən son vaxtlar təşkilata çoxlu xarici döyüşçünün qəbul edilməsinə qarşı çıxır, bununla da Bağdadinin bəzi qərarlarına etiraz edirdi.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP