Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2015

Leyla Yunusun məhkəməsi 10 günə başlayır

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa qarşı cinayət işinin istintaqının yekunlaşması haqında ittiham aktı iyulun 2-də müdafiə tərəfinə təqdim olunub.

Bu haqda "Azadlıq" radiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil deyib ki, yaxın 10 gün ərzində işlə bağlı məhkəmə prosesi başlayacaq. Elçin Qəmbərov iyulun 2-də Leyla Yunusla görüşüb.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus keçən ilin yayında şərlənərək həbs olunublar. Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur. Arif Yunus isə dövlətə xəyanət və dələduzluqda təqsirli bilinir. Keçən ay istintaq onların işindəki dövlətə xəyanət maddəsini ayrıca icraata götürüb.
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi