Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Patruşev: "Bizə qarşı sanksiyaların tətbiq edilməsi yaxşı haldır"

Qərb sanksiyalarının məqsədi Rusiya rəhbərliyinin dəyişilməsidir. “TASS”ın verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Rusiyaya qarşı iqtisadi potensialın zəifləməsinə istiqamətlənmiş sanksiyalar tətbiq olunur. Bunların məqsədi apardığımız siyasətə təsir etmək və, prinsipcə, ölkədəki rəhbərliyin dəyişilməsidir”, deyə o qeyd edib.

Patruşev qeyd edib ki, sanksiyalar ziyan verməklə yanaşı yeni imkanlar da yaradır. “Mən hesab edirəm ki, sanksiyaların tətbiq edilməsi yaxşı haldır”, deyə Patruşev bildirib.

O qeyd edib ki, Rusiya iqtisadiyyatına ziyanı sanksiyalar yox, daha çox karbohidrogen ehtiyatlarının ixracından və texnologiyaların idxalından asılılıq vurur.

“Hazırda bunlardan qurtulmaq üçün tədbirlər planı hazırlanır”, deyə o qeyd edib./apa/
726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP