Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Taxtakörpüdə məskunlaşan məcburi köçkünlərin şəraiti dözülməzdir

Anormal istilərin keçdiyi yayda, yaşadıqları daxmalarda sərinləmək üçün ibtidai şəraitin olmaması sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Son günlər havanın isti keçməsi Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlərin həyat şəraitini çətinləşdirib. Anormal istilərin keçdiyi yay fəslində, yaşadıqları palçıq daxmalarda sərinləmək üçün ibtidai şəraitin olmaması məcburi köçkünləri çıxılmaz vəziyyətdə qoyub.

Əli Nəsibov əslən Laçın rayonundan məcburi köçkündür. 23 ildir Ağcabədinin Taxtakörpü adlanan ərazisindəki Laçın obalarında, palçıq daxmada məskunlaşıb. Hər il yayın gəlişilə Əli Nəsibov onsuz da çətin olan həyat şəraiti daha da dözülməz olur. Həkimlər səhhətiylə əlaqədar günəşli və isti havada küçəyə çıxmamasını məsləhət görüb.

Amma ağsaqqal deyir ki, yay olanda alçaq, darısqal və şəraitsiz daxmada da oturmaq mümkün deyil:

“Plyonkanın altında yaşayırıq. Nəfəs almaq mümkün deyil. Qan təzyiq də bir yandan. Bu istilərdə təzyiq 160-a qalxır”.

Məcburi köçkünlər deyir ki, əvvəllər ərazidə içməli su omadığından vəziyyət daha da dözülməz olurdu. Bu il isə bəzi yerlərdə məsafə uzaq olsa da, içməli su artezianları mövcuddur.

Məcburi köçkün Muxtar Abduləzimov deyir ki, içməli suyu hazırda Ərdəşəvi obasından gətiririk, 1 km aramız var./ans/
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10