Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Bakıda polislə sürücü arasında dava

Bakıda polis qəza törədən sürücünü döyüb.

99 YP 517 dövlət nömrə nişanlı polis maşını Zığ yoluyla hərəkət edən BMW markalı 90 KT 876 dövlət nömrə nişanlı avtomobili qovmağa başlayıb. Polislərdən qaçmaq istəyən sürücü Hövsan yolu yaxınlığında, “Bakubus”un qarşısında avtomobilini səkiyə çırpıb.

Bununla da polislər uzun qovhaqovdan sonra sürücünü yaxalaya biliblər.

Məlum olub ki, BMW-ni idarə edən şəxsin sürücülük vəsiqəsi yox imiş. Elə buna görə də polislərdən qaçırmış. Bundan qəzəblənən polis leytenantı sürücünü döyməyə başlayıb.

Məsələ ilə bağlı sürücünün fikirlərini öyrənmək istəsək də, o, açıqlama verməkdən imtina etdi. Hazırda başının qarışıq olduğunu deyən şəxs onu döyən polisdən şikayətçi olmadığını bildirib.

Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib.

DİN-in şöbə müdiri Orxan Mansurzadə bildirib ki, yazıdan sonra araşdırma aparılıb. Məlum olub ki, həmin sürücü qayda pozuntusu və ödənilməmiş cəriməsi olduğuna görə axtarışa verilibmiş. Həmçinin sürücünün maşınında qadağan olunmuş səs siqnalı olub. Məhz buna görə də polis saxlama əmri verib. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayıb. Orxan Mənsurzadə iddia edir ki, sürücünün qovulması və döyülməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur:

“Sadəcə polis öz qanuni işini görüb və sürücüyə qarşı heç bir zor tətbiq edilməyib. Sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək avtoxuliqanlıq edib. Məsələ ilə bağlı araşdırma aparılır, qanunvericiliyə uyğun olaraq sürücü cəzalandırılacaq.”/aznyus/

 

Bakıda polislə sürücü arasında dava


Bakıda polislə sürücü arasında dava


Bakıda polislə sürücü arasında dava


Bakıda polislə sürücü arasında dava

704 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı