Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Səudiyyə Ərəbistanında 3 polis işçisi öldürüldü

Səudiyyə Ərəbistanın qərbində əhalinin ən sıx yaşadığı Məkkə əyalətində polis bölməsinə edilən silahlı hücum nəticəsində ən azı 3 təhlükəsizlik işçisinin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilib.

PressTV-nin verdiyi xəbərə görə, adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbələri bu gün müqəddəs Məkkə şəhərindən 80 kilometr şərqdə yerləşən Taif şəhərindəki bir polis bölməsinə naməlum şəxslər tərəfindən silahlı hücum olunduğunu bildiriblər.

Hadisə şahidlərinin verdiyi məlumata əsasən, hücum edən silahlı şəxslərdən biri hadisə yerindən qaçmağa çalışarkən ələ keçirilib.

Hadisəni hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, aprelin 8-də Səudiyyə polis zabiti Tamer əl Əmran əl-Mutairi Ər-Riyadın şərq rayonlarında patrul xidməti zamanı silahlı hücuma məruz qalaraq öldürülmüşdür./Deyerler/
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber