Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Saakaşvili Odessanı rüşvətxorlardan təmizləyir

Odessa vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili 20 nəfər məmuru istefaya göndərib.

Bu barədə "Dumskaya" nəşri bildirir.

Saakaşvili bu qərarı daxili audit şöbəsinin və hüquq-mühafizə, mühafizə işləri, rüşvətxorluğun qarşısının alınması və üzə çıxarılması orqanları ilə qarşılıqlı fəaliyyət idarəsinin rəhbərlərinin məruzəsini dinlədikdən sonra qəbul edib.

Görüşün yekununa görə Saakaşvili vilayətdə rüşvətxorluğa qarşı bir il boyu aparılan mübarizənin heç bir nəticə vermədiyi qərarına gəlib. Əsasən də daxili auditin administrasiya rəhbərinə Razdelnyansk rayon administarsiyasının 1 milyon qrivendən istifadəsi barədə informasiya təqdim edib, bununla yanaşı, xərclərə kimin cavabdeh olduğu müəyyənləşdirilməyib.

Hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət idarəsinə gəldikdə isə, bu işin tənzimlənmədiyi aşkar olunub. Məsələn, təhlükəsizlik xidməti müşahidə kameralarına hələ də çıxış ala bilməyib.
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber