Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

İnauqurasiyaya oxşayan bahalaşma qərarı

Necə and içmişdilərsə, elə də qiyməti qaldırdılar

Benzinin qiymətinin artması yalnız cəmiyyətə bəd xəbər olmadı, həm də hakimiyyətin komik durumda olduğunu göstərdi. Ans dekabrın 3-də bahalaşma barədə əldə etdiyi qeyri-rəsmi məlumatları dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə müraciət etsə də, onlara heç bir artımın olmayacağı deyilib. ANS də “Xəbərçi”nin 21:00 buraxılışında benzinin qiymətinin qalxmayacağı barədə süjet verib. Bundan 3 saat sonra benzinin qiymətinin qalxması rəsmən elan olunub.
Hələ bir ay əvvəl 2014-cü ilin büdcə layihəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov qiymətlərin artacağı barədə açıqlama versə də, Taarif Şurası bunu qətiyyətlə inkar etmiş və heç bir qiymət artımının gözlənilmədiyini bildirmişdi.
Bundan sonra Stardartlaşdırma, Metrolologiya və Patent Üzrə Dövlət komitəsinin sədri Ramiz Həsənovun da benzinin qiymətinin artacağı barədə bəyanatları da Taarif Şurasının əks cavabı ilə müşayiət olunmuşdu.
ANS baş verənləri dövlət orqanlarının mətbuatla işləyə bilməməsi kimi dəyərləndirsə də, biz bunu bərbad idareətmə kimi qiymətləndiririk.
Bəlkə də dünyanın heç bir yerində bu qədər poradoks, özünü ifşa halları müşahidə olunmayıb. Ölkədə benzinin qiyməti qalxır və bu hadisə rəsmən elan olunana qədər hökumət xalqla “gizlənqaç” oynayır.
Ata deyir “bu mənim oğlumdur”, ana isə “mənim belə oğlum yoxdur” deyir. Indiki halda dövlət orqanlarının xalqa açıqlama verməsi bu reallığı göstərir. Biri deyir oxu, o biri deyir oxuma.
Bir halda ki, bu bəd xəbəri xalqa verəcəksiniz, daha niyə nala-mıxa vurursunuz?
Sanki dövlət orqanları bir-birinə müxalifətdədir. Tarif Şurası Maliyyə Nazirliyini, Maliyyə Nazirliyi Tarif Şurasını təkzib edir. Standartlaşdırma komitəsi “qiymət qalxacaq” deyir, Tarif Şurası “artım müşahidə olunmayacaq” söyləyir.
Görünür, bu ölkədə hər hadisə oğurluq kimi baş verir. Ölkə sərvətlərinin talanması kimi, qiymət artımı da gizli, gecəyarı baş verir.
Benzinin qiymətinin bu qədər müəmmalı şəraitdə qalxması, yadımıza 9 oktyabrdan sonrakı “inauqurasiya”nı saldı.
Diqqətli oxucunun yadındadır ki, bu inaqurasiya yerli və beynəlxalq ictimaiyyətdən gizli şəkildə keçirilmişdi. Sonda bəlli olmuşdu ki, prezident and içib, söz verib.
Bu benzin məsələsi də bahalaşmanın inaqurasiyası oldu. Və yaxud inauqurasiyaya oxşayan bəhalaşma baş verdi.
1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber