Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyul 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam. Mən 18 iyndan ramazan ayının orucunu tutmuşam ancaq Sistani aga 19-u deyib. İndi mən bayramı ayın neçəsi edim? 
Ad: Rəhman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sizin orucunuz düzdür və Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar.

AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU
Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;

3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şəban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

http://sual.nur-az.com
887 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51