Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

Dağıstanda atışma: 3 ölü

Dağıstanda polis əməkdaşları ilə silahlılar arasında atışma olub.

“İnterfaks” agentliyinin xəbərinə görə, nəticədə 2 silahlı və 1 polis əməkdaşı ölüb.

Rusiyanın Milli Antiterror Komitəsinin informasiya mərkəzinin yaydığı məlumata əsasən, Kizilyurt quldur dəstəsinin iki üzvü antiterror əməliyyatı zamanı məhv edilib. Atışma nəticəsində həmçinin Rusiya DİN-in xüsusi təyinatlı dəstəsinin döyüşçüsü həlak olub.

Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat davam edir. Silahlı insident zamanı mülki əhali arasında zərərçəkən olmayıb./apa/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...