Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

Bağdadda iki partlayış: 11 ölü, 27 yaralı

İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 11 nəfər ölüb.

Reuters agentliyinin verdiyi xəbərə görə, partlayışlardan biri şiələrin yaşadığı Amil məhəlləsində törədilib. Nəticədə 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda törədilən partlayış isə 3 nəfərin həyatına son qoyub.

Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib./apa/
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat