Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

5 mərtəbəli binadan yıxılan şəxs 1-ci mərtəbənin damında qaldı

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı düşürərək aidiyyatı üzrə təhvil veriblər.
Bakının Xəzər rayonunun sakini yaşadığı evin eyvanından yıxlıb. FHN-nin saytının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda köməyə ehtiyac olması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından yıxılaraq 1-ci mərtəbənin artırma eyvanının üzərinə düşüb və orada köməksiz vəziyyətdə qalıb Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı 1-ci mərtəbənin eyvanına düşürərək aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.
607 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP