Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Bir litr benzin neçəyə başa gəlir?

A-92 benzinin bir litri daşınma və satış xərcləri nəzərə alınmaqla 45 qəpiyə başa gəlir

Azərbaycanda yanacağın qiymətinin artırılmasını əsaslandırmaq üçün hakimiyyətin gətirdiyi arqumentlər heç bir tənqidə dözmür. Hətta hökumət nümayəndələri benzinin bahalaşmasını əsaslandırmaq üçün bəyan edirlər ki, benzin bizdə qonşu ölkələrdən ucuzdur deyə, onu bahalaşdırmağa məcburdurlar.
Amma aparılan araşdırmalar göstərir ki, əksinə, Azərbaycan hökuməti benzini xarici ölkələrə öz xalqına satdığından daha ucuz qiymətə satır. Məsələn, nümunə üçün AI-92 benzinini götürək. Tarif Şurasının son qiymətlərinə görə 1 litri 0,7 manat olan AI-92 avtomobil benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Amma xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara (765 manat) satılır. Amma bu A-92 benzininin 1 tonu ARDNŞ-ə cəmi 290,44 manata başa gəlir. Bu isə o deməkdir ki, A-92 benzininin bir litri təxminən 30 qəpiyə başa gəlir. Bu sahə ilə məşğul olan ekspertlərdən aldığımız məlumata görə, topdansatış mərkəzləri satdıqları hər litr yanacağın üzərinə 10, yanacaqdoldurma məntəqələri isə 5 qəpik əlavə edir. Bu zaman ortaya çıxan məbləğ A-92 benzininin hazırkı dəyərinin belə yetərli olduğunu göstərir.
Məsələ ilə bağlı ARDNŞ-in mövqeyini öyrənməyə çalışdıq. Amma gün ərzində ARDNŞ-lə əlaqə saxlamağımız bir nəticə vermədi.
Iqtisadçı Natiq Cəfərli öz “facebook” profilində bu məsələ ilə bağlı maraqlı məlumat paylaşıb. Iqtisadçı qeyd edib ki, hazırda benzinin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas olmayıb: “Bir barrel neftdən, ortalama 102 litr benzin, 30 litr dizel yanacağı, 6,8 litr mazut, 170 ədəd şam, 1 litr motor yağı istehsal olunur. Azərbaycanda ABƏŞ-də 1 barrel neftin hasilatının maya dəyəri 5-6 dollar, SOCAR-da isə 9-12 dollar arasında dəyişir. Bir barrel nefti emal etməkÿ üçün təqribən 3 dollar xərclənir. Yəni Azərbaycanda istehsal olunan 1 barrel neft (SOCAR), neftayırma zavodunun da xərclərini üzərinə gəldikdə, 12-15 dollara emal olunur. Daşınma xərclərini və vergiləri də üzərinə gəldikdə bu rəqəm 14-16 dollar təşkil edir.ÿBir ədəd şamın satış qiyməti 10 qəpikdir, 170 ədəd şam 17 manat edir, təqribən, 22 dollar. Yəni hökumət daxildə emal olunan neftdən alınan şamlarla 1 barrelin maya dəyərini, emal və daşınma xərclərini, vergilərini çıxardır. Yerdə qalanı ciblərinə axır. Çünki ölkədə satılan benzinin heç də hamısı büdcəyə daxil olmur”.
N.Cəfərlinin fikrincə, hazırda yaşanan qiymət artımı hökumətin büdcə kəsirini aradan qaldırmaq üçün seçdiyi yoldur: “Hökumət büdcədə olan problemləri qapatmaq üçün çox primitiv yol seçdi. Cibimizə girdi, halbuki, büdcədə yaranan problemlərin yolu köklü islahatlardan, inhisarçılıq və korrupsiyanın ləğvindən, rəqabətli mühitin yaradılmağından, azad məhkəmə sistemindən keçir. Hökumət bu islahatlara qadir olmadığından bacarıqsız və qabiliyyətsizdir”./azadlıq/
1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber