Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2015

Cəmil Həsənli BMM-dən cavab gözləyir

Demokratik Qüvvələrin Milli Şurası qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar növbəti ictimai dinləmələr keçirmək niyyətindədir.

Tədbirdə seçkilərlə bağlı mövcud vəziyyət, Milli Şuranı narahat edən məsələlər, eyni zamanda, seçki qanunvericiliyində olan bəzi boşluqlar, seçkilərin şəffaf və ədalətli keçirilməsi ilə bağlı problemlər, bu problemləri doğuran səbəblər, çıxış yolları və s. müzakirə olunacaq.

Azadliq.info bildirir ki, Milli Şura həmin ictimai dinləmənin keçirilməsi üçün Beynəlxalq Mətbuat Mərkəzinə hələ iyun ayında müraciət edib. Həmin vaxt ölkədə 1-ci Avropa Oyunlarının keçirildiyini əsas gətirən BMM rəhbərliyi müraciəti müsbət dəyərləndirməmişdi.

Avropa Oyunlarndan dərhal sonra Milli Şura nəzərdə tutulan tədbirin keçirilməsinə şərait yaradılması üşün yenidən BMM-ə müraciət edib. Amma müraciətə hələ də cavab yoxdur.

Sayt qeyd edir ki, Milli Şura toplantının keçirilməsi üçün lazımi təşkilati, texniki və nəzəri işləri görüb. MŞ hazırda Beynəlxalq Mətbuat Mərkəzindən tədbirin keçirilməsinə razılıq verilməsini gözləyir.
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber