Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Qiymət artımı dərhal təsirini göstərdi

Taksilər və bəzi marşrut avtobuslar qiyməti qaldırıb

Benzinin qiyməti artırıldı. Tarif Şurası dekabrın 2-də belə bir qərar verib. Qərara əsasən AI-80 və AI-92 markalı benzinin bir litrinin qiyməti 55 qəpikdən 70 qəpiyə, AI-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə, dizel yanacağının qiyməti isə 45 qəpikdən 60 qəpiyə qaldırılıb.
Yanacağın qiymətinin qaldırılacağı haqda söz-söhbət bir müddət idi ki, gedirdi. Baxmayaraq ki, hökumət hər dəfə bunu təkzib edirdi. Hətta telekanalar qiymət artımından bir neçə saat öncə Nazirlər Kabinetinə istinadən məlumat yaydılar ki, bütün deyilənlər şayiədir. Yanacağın qiymətində artımın olması başqa sahələrə də öz təsirini göstərəcək...

Sürücülər qiyməti qaldırdı

Yanacağın bahalaşması ötən gün bəzi marşrut xətlərində avtobuslarda da qiymət qalxıb. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığından Maştağa qəsəbəsinə gedən 131 nömrəli avtobusların sürücüləri gedişhaqqını 30 qəpikdən 40 qəpiyə qaldırıblar. Halbuki, Nazirlər Kabineti rəsmi açıqlamasında bildirmişdi ki, qiymət artımının gediş haqlarına təsiri olmayacaq. Di gəl, bu elə ilk günündə özünü büruzə verdi.
Gediş haqqının qaldırılmasını təkcə avtobuslarda deyil, rayonlara sərnişin aparan sürücülərdən də eşitdik.
Daha çox metronun “20 Yanvar” stansiyasının yaxınlığında toplaşan sürücülər şəxsi avtomobilləriylə rayonlara sərnişin daşıyırlar. Iki-üç gün öncəyə qədər Bakıdan Lənkərana adambaşına 10 manat alırdılar. Ancaq dünən söhbət əsnasında məlum oldu ki, 10 manata indi Cəlilabad rayonuna qədər getmək olar. Lənkəran və Masallıya isə 15 manata aparırlar.

Sumqayıta gediş haqqı 1 manat qaldırıldı

“3-ün kruqu” kimi məşhur olan 3-cü mikrorayonda Ağsu, Göyçay və Ağdaş rayonlarına sürücülər sərnişinin birini 10 manata aparırdılar. Bahalaşmanı əsas gətirərək qiyməti 12 manata qaldıracaqlarını deyirlər.
“Nə edə bilərik? Məcburuq bunu etməyə. Qiyməti daha çox qazanmaq üçün etmirik. Adambaşına 2 manat əlavə alacağıq. Bu ancaq benzin puludur. Bakıdan Ağdaşa təxminən 300 kilometrdir. Əvvəllər 40 litr üçün 22 manat verirdik, indi 28 manat verəcəyik. Günə 100 manat qazanmırıq ki, bu bizim gözümüzə görünməsin. Bu addımı atmağa məcburuq”, - deyə sürücülər bildirirlər.
Sumqayıtdan paytaxta taksiyə gələnlər, deyəsən, bundan sonra avtobusla gəlməli olacaqlar. Çünki burada qiymət artımı baş verib. Bu günə qədər sürücülər sərnişinləri 1 manata gətirirdilər. Müştərilər daha çox olan da, pik vaxtda bu qiymət 2 manata qaldırılırdı. Indi isə adi vaxtlarda gediş haqqı 2 manat olacaq, pik vaxtı isə 3 manat olacaq.
Bundan başqa, Sumqayıta gedən avtobuslar da qiyməti 20 qəpik qaldırıb. Yayılan məlumatlara görə, dünənə qədər gediş haqqı 20 qəpik olduğu halda indi 60 qəpikdir.

Gediş haqlarının qaldırılması gündəmdə deyil...

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mətbuata açıqlamasında deyib ki, gediş haqlarının artması gündəmdə deyil. Onun sözlərinə görə, qiymət artımı Tarif Şurası tərəfindən müəyyənləşir və bununla bağlı Nəqliyyat Nazirliyinə məlumat daxil olmayıb: “Bu barədə heç nə deyə bilmərəm. Qiymət artımı ilə bağlı qərarı Tarif Şurası verir. Gediş haqlarının qalxması ilə bağlı hələ ki, hər hansı məlumat yoxdur. Tarif Şurası marşrutlarda gediş haqqını qaldırmayıb. Nazirliyin Tarif Şurasına müraciət edib-etməyəcəyi ilə bağlı heç nə deyə bilmərəm. Məsələ araşdırıldıqdan sonra qərar verilə bilər”./azadlıq/
1697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı