Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2015

Messi "ən yaxşı futbolçu" mükafatından imtina etdi

Argentina millisinin ulduzu Leonel Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina edib.

Bu barədə italiyalı jurnalist Tankredi Palmeri öz Twitter səhifəsində yazıb.

"İnanılmazdır. Messi Amerika Kuboku-2015-in ən yaxşı futbolçusu mükafatından imtina etdi. Ona görə ki, Dünya Çempionatı-2014-dəki kimi alçalmaq istəmədi. Bu hadisə mərasimin on dəqiqə gec başlamasına səbəb olub", – deyə Palmeri yazıb.

Xatırladaq ki, Argentina Kubokun finalında Çili millisinə oyunsonrası penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.

Messi turnirdə keçirdiyi altı oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP