Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

7 kamikadze hücumu: 24 ölü, 5 yaralı

İraqda baş verən 7 ayrı kamikadze hücumunda 24 adam ölüb, 50 adam da yaralanıb.

İraqın Tikrit şəhərində bu gün baş verən 4 bombalı hücumda 3-ü polis olmaqla 10 adam ölüb. 25 polis də yaralanıb. Yaşanan hadisələrdən sonra şəhərdə küçəyə çıxmaq qadağan edilib.

Türkiyə mətbuatı xəbər verir ki, Bağdadın Əl-Tarımiyyə mahalında isə 3 canlı bomba “Əl-Tarımiyyə İcra Hamimliyi”nin binasına hücum edib. Təhlükəsizlik qüvvələri ilə yaranan qarşıdurma nəticəsində 12 adam ölüb, 20 adam yaralanıb. Yaralananlar arasında Əl-Tarımiyyə şəhərinin icra başçısı Məhəmməd Cessam Əl-Məşhədaninin də olduğu məlum olub.

Digər tərəfdən Bakubaya bağlı Bələdruz mahalında polis mərkəzinə bomba dolu avtomobillə hücum etmək istəyən canlı bomba təhlükəsizlik qüvvələri tərəfindən vurularaq öldürülüb. İlk hücumdan sonra eyni bölgədə ikinci bombalı avtomobilin partlaması nəticəsində 1 adam ölüb 5 adam isə yaralanıb.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55