Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2015

Bu gün 6-lıq ölkələri ilə Tehran arasında danışıqlar prosesinin sonuncu günüdür

Bu gün İranın nüvə proqramına dair 6-lıq ölkələri ilə Tehran arasında danışıqlar prosesinin sonuncu günüdür. Artıq 11 gündür ki, tərəflər proqram ətrafında yaranmış ziddiyyətli məsələlərə dair danışıqlar aparırlar. Bir qədər əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini danışıqların vaxtının artıq uzadılmayacağını demişdi.

Ötən gün tərəflər arasında növbəti görüşlər olub.

Çinin xarici işlər naziri Van İ danışıqlarda çox vacib nöqtəyə gəldiklərini açıqlayıb.

“Son bir neçə gündə müzakirələrdə müəyyən yeniliklər oldu. Lakin hələ bəzi problemlər qalmaqdadır. Biz problemin hamı tərəfindən qəbul olunacaq həllinə və genişmiqyaslı razılaşmanın olacağına inanırıq. Xüsusilə Amerika Birləşmiş Ştatları və İran son qərarlarını verəcəyini düşünürük”.
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP