Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2015

Manat kəskin ucuzlaşacaq: 1 dollar 1,3 manata satılacaq

“Azərbaycanda manatın yeni devalvasiyası qaçılmazdır. Əgər neftin qiyməti əvvəlki səviyyədə qalsa, manatın dollara nisbətən daha bir neçə punkt ucuzlaşacağı gözlənilir”. Bu barədə Mərkəzi Bankdakı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirib ki, neftin qiymətinin kəskin ucuzlaması fonunda növbəti devalvasiyadan qaçmaq mümkün olmayacaq: "Bir qədər öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın üzən məzənnə kursuna keçəcəinin anonsunu vermişdi. Hazırda neftin kəskin ucuzlaşması (Azərbaycan nefti indi bazarda 57 dollardan satılır, büdcədə isə 90 dollardan hesablanıb) növbəti devalvasiya riskini artırır. Ölkə valyuta gəlmir, ehtiyat valyutaların önəmli hissəsi - təxminən 70 faizi Beynəlxalq Bankın problemli kreditləri hesabına talan edilib. "Bandotdel"in səylərinə baxmayaraq mənimsənilən kreditlərin çox cüzi bir hissəsini bərpa edə biliblər. Hazırda hökumətin devalvasiyadan başqa çıxış yolu qalmır”.

Mənbə bildirir ki, böyük ehtimalla növbəti devalvasiyadan sonra 1 dollar 1 manat 30 qəpiyə satılacaq: Ancaq bu hələ optimist ehtimaldır. Hətta 1 dolların 2 manata satılmasına da hazır olmaq lazımdır"./istiqlal/
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26