Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2015

«Sovetski»də aksiya gözləntisi

Sakinlər xarabalıqda yaşamaqdan beziblər, onlar Yasamal İcra Hakimiyyətinin qarşısına toplaşıb köçürülmələrini tələb edəcəklər

Hələ bir xeyli əvvəl söküntüsünə başlanılmış «Sovetski»də yaşayan ailələrin bir çoxu köçürülməyib. Köçürülən insanlara məxsus evlər isə ya dağıdılıb, ya da yağış və qarın təsirindən uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Bundan əlavə söküntü işləri də yarımçıq olaraq qalmaqdadır.

«Sovetski»dən köçürülməyən əhalinin bir çoxu yaranmış dözülməz vəziyyətdən bezərək, etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Məlumata görə, sakinlər xarabalıqlarda yaşamaqdan bezdiklərini, onların kompensasiyalarının verilməsini və ya başqa yerə köçülmələrinin tezləşdirilməsini tələb edəcəklər. Və yaxın günlərdə həmin tələblərlə Yasamal İcra Hakimiyyətinin binası önünə toplaşmağı razılaşdırıblar.

Xatırladaq ki, Yasamal camaatı ötən gün rayonda heç bir iş görmədiyinə görə icra başçısı İbrahim Mehdiyevi ağır formada ittiham ediblər. Və onun işdən çıxarılması tələbi ilə kampaniyaya başlayıblar./jam/
577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11: