Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2015

Bakıda həkimi bıçaqla hədələdilər

Bakıda 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib.

Bu barədə “Qafqazinfo”ya həkimin jurnalist bacısı Günel Şahmalıqızı məlumat verib. Hadisə iyunun 5-i gecə saat üç radələrində Xəzər rayonu Binə qəsəbəsi Yeni Sahə adlanan ərazidə baş verib.

Belə ki, çağırış zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib. Sonra isə həkimi boğazını kəsəcəyi ilə hədələyib. Bundan sonra isə tibb bacısının üzərinə bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal “102” xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. C. Əliyev onların dalınca stansiyaya gələrək yenidən hədə-qorxu gəlib.
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 17:35
Bakıda dəhşətli q