Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2015

Balaxanı kəndi köçürülür

Səbəb köhnə neft quyularının yenidən istismara verilməsidir

Dünyada neftin qiymətinin aşağı düşdüyü bir vaxtda Azərbaycan hökuməti «qara qızıl» istehsalını ekstensiv yolla artırmaq qərarına gəlib. Xəzər dənizindəki neft quyularından çıxarılan məhlulun həcminin aşağı düşməsi hökuməti qurudakı quyuların yenidən istismar edilməsinə sövq edib.

Məlumatda deyilir ki, artıq aparılan araşdırma zamanı Balaxanı kəndindəki neft quyularının daha səmərəli ola biləcəyi qənaəti yaradıb. Hətta iş o yerə çatıb ki, şəxsi həyətlərdəki qədim quyuların da yenidən istismar edilməsi üçün zərurət yarandığına dair hesabat hazırlanıb.

Balaxanı kəndindəki neft quyularının yenidən işlənilməsi üçün əhalinin köçürülməsinin vacib olduğu qənaətinə də gəlinib. Və bununla bağlı yaxın günlərdən etibarən addım atılması planlaşdırılır. İddia olunur ki, Balaxanı camaatının bir qismi yaşadığı yerlərdən başqa yaşayış məntəqələrinə köçürüləcək./jam/
459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27