Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2015

Bu ailə 3 qızı ilə qəbirtanlıqda məskunlaşıb (VİDEO)

Məzarlar arasında 6 nəfərdən ibarət ail məskunlaşıb. Onları bu vəziyyətə gətirən səbəblər çoxdur. Hazırda ailədə 3 azyaşlı uşaq var və onların oyun məkanı elə bu məzarlıqdır.

6 yaşlı Fatimə və onun 4 yaşlı bacısı Zeynəb bu qəbirlər arasında qəzib-dolaşmağa öyrəşiblər.

Məzarlar arasında göz açıb boya-başa çatan bu bacılar və hələ dünyadan xəbəri olmayan və beşiyində mışıl-mışıl yatan körpə bacıları Zeynəb ataları və anaları ilə Yasamal qəbirstanlığında balaca komada məskunlaşıblar.

7 ildir ki, gözdən-qulaqdan uzaq olan Qoçiyevlər ailəsi min cür əzab-əziyyətlə qarşılaşıb. Ailə başçısı Eyvaz Qoçiyev evlənmədən əvvəl bu qəbirstanlığın içindəki sexdə fəhləlik edib. 

2007-ci ildə xalası qızı Afətlə ailə həyatı quran Eyvaz evinin olmadığı səbəbindən elə bu qəbirstanlıqdakı otaqda məskunlaşır. İnanmaq çətin olsa belə, ailə qəbirlər arasında çimir, qəbirlərin üstündə əyləşib dincəlir.

Mətbəxi, sanitar qovşağı olmayan, bir çarpayılı otaqda 6 nəfər ailə üzvünün necə yerləşdiyini təsəvvür etmək çətindir. Şəraitsizlik və nəmişlik ucbatından 6 yaşlı Fatimədə xəstəliyə düçar olub.

“Evlənəndən bir müddət sonra yaşadığımız evin kirayəsini verə bilmirdik. Sexin sahibi bu komanı bizə veridi və ərazinin bir qədər də böyütdürdü, evlər çox balaca idi. Dedilər ki, burada yaşaya bilərsiz. Burada yaşadığımız müddətdə, Fatimə, Zəhra sonra da Zeynab dünyaya gəldi. Əvvələr çox əziyyət çəkirdik”, - deyə məzarlıqda məskunlaşan Afət Qoçiyeva bildirib.

Uşaqların anası Afət xanımın sözlərinə görə, qəbirstanlıqda yaşamağa başlayanda qorxu hissləri keçirib. Ancaq insanIn hər bir şəraitə öyrəşdiyi kimi, evin gənc xanımı da bu şəraitsizliyə öyrəşməli olur. Ailə büdcəsinə kömək etmək üçün qadın xadimə işləməyə başlayır.

“Elə vaxtlar olurdu ki, yoldaşım işdən evə gecə saatlarda 2-3-də gəlirdi. Gecələr pəncərənin qarşısına pərdə asırdım ki, burada bir kimsənin yaşadığını görməsinlər. Çünki çox qorxudum. Bunları ilk vaxtlarda edirdim, indi yox”, – deyə Afət Qoçiyeva qeyd edib.

Ümüd edək ki, insanlarin son mənzili olan qəbirstanlıq, bu körpələrin oynayacağı daimi məkana çevrilməyəcək./ans/

529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...