Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2015

Yaralıların vəziyyəti ağırdır

Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika” zavodunda baş verən partlayış nəticəsində xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Bu səbəbdən onların müalicəsinin paytaxtda davam etdirilməsinə qərar verilib.

Şirvanda, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika” zavodunun 3-cü sexində baş verən partlayış nəticəsində yaralanan 6 nəfərdən 4-ü Bakıya gətirilib. Əziz Əliyev adına cərrahiyyə klinikasının yanıq şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır olaraq qalır.

“Şirvan şəhərindən 4 nəfər - 1971-ci il təvəllüdlü Səttarova Xatirə, 1961-ci il təvəllüdlü Muradova Gülnarə, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə, 1966-cı il təvəllüdlü Əbilova Mehparə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıların müalicəsi davam etdirilir. Hazırda 4 nəfər yaralının vəziyyəti ağır olaraq qalır”, - deyə yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov bildirib.

Ötən gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika” zavodunun 3-cü sexində baş verən partlayış nəticəsində sexin tavanı çöküb. Yanğınla müşahidə olunan partlayış nəticəsində bir nəfər həyatını dəyişib./ans/
417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber