Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2015

"Ərdoğan Ağ saraydan Çankaya köşkünə qayıtmalıdır"

Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı AKP ilə koalisiya qurmaq üçün şərtlərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, “CNN Türk” kanalında qonaq olan Baxçalı aparıcının suallarına cavab verib. Baxçalı AKP-nin koalisiya təklifi arşısında 3 şərt irəli sürəcəyini bildirib.
“Bu şərtlərdən birincisi PKK terror təşkilatı ilə razılaşdırılan “sülh prosesi” adlı atəşkəsin kləğv olunmasıdır. Digəri 17-25 dekabr korrupsiya prosesinin araşdırılması, 3-cü şərt isə president Rəcəb Tayyib Ərdoğanın Ağ saraydan Çankaya köşkünə qayıtmasıdır.” – deyə Dövlət Baxçalı bildirib.

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir.
486 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:17
M