Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Avropa Liqasında klublarımızın cavab oyunları

Bu gün futbol üzrə Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları baş tutacaq.

Azərbaycanın üç klubu turnirdə mübarizəni davam etdirəcək.

Bakının “İnter” klubu öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edəcək. Bu komandalar arasında oynanılan birinci matç 1:1 hesabı ilə başa çatıb. “İnter Arena”da keçiriləcək oyun saat 20:30-da başlayacaq.

“Qəbələ” Tiflisin “Dinamo” klubu ilə qarşılaşacaq. Komandalar arasında oynanılan birinci matç Gürcüstan komandasının qələbəsi ilə nəticələnib (2:1). Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 21:00-da start veriləcək.

Bakının “Neftçi” klubu isə səfərdə Monteqronun “Mladost” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
593 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.1