Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Rusiya BMT-yə veto qoydu

Rusiya BMT-nin təhlükəsizlik şurasında Serebrenitsa qırğının soyqırım kimi tanınması ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Anqola, Çin, Nigeriya və Venesuela isə bitərəf qalıb, qalan 10 ölkə isə qətnamə layihəsinin lehinə səs verib.

Balkan müharibəsində Serbiya və Bosniya serblərinin tərəfini saxlayan Rusiya qətnamə layihəsinin ziddiyyətli olduğunu bildirib.

Sənədi BMT-nin təhlükəsizlik şurasına Böyük Britaniya təqdim edib.

BMT-nin təhlükəsizlik şurası

Qeyd edək ki, Serb birləşmələri 1995-ci il Bosniya müharibəsi zamanı Serebrenitsada 8 min müsəlmanı kütləvi qətlə yetiriblər. Bəzi məlumatlarda ölənlərin azı 8 min nəfər olduğu bildirilir. Rusiya ilə yanaşı Serbiya və Bosniya serblərinin liderləri də qətnamə layihəsini rədd edir və bunun soyqırım olmadığını deyirlər.

Rusiyanın BMT-dəki elçisinin müavini Petr İlicev qətnamə layihəsinin mübahisəli və birtərəfli olduğunu bildirib. İyulun 11-də Bosniya-Hersoqovinada Serebrenitsa qırğınının 20 illiyi anılacaq. Beynəlxalq Haaqa məhkəməsi Serebrenitsa hadisələrini soyqırım kimi qəbul edib./ans/
431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP