Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Azərbaycan bankları sürətlə boşalır - əhali əmanətlərini geri götürür

Mərkəzi Bankın fevralda verdiyi devalvasiya qərarından sonra əhali banklardan əmanətlərini geri çəkməyə başladı. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, təkcə may ayı ərzində əhali banklardan 116 milyon manatdan artıq əmanət çıxarıb.

Bu da bankları çətin vəziyyətə salır. Son vaxtlar dünya bazarında neftin qiymətinin aşağı düşməsi və nəticədə ölkənin gəlirlərinin azalması, iş yerlərinin bağlanması, maaşların gecikməsi və nəhayət, fonunda Azərbaycan banklarının durumu da getdikcə kritikləşir. Azərbaycan hökumətinin bir daha devalvasiya qərarı verəcəyi, yəni, dolların manata nisbətdə yenidən bahalaşacağına dair yayılan məlumatlar əhalidə narahatlıqla yanaşı, həm də banklara etimadsızlıq yaradır. Məlum olduğu kimi, banklar əmanət faizlərini azaldıb, kredit faizlərini isə artırıb. Təsəvvür edin ki, kredit faizləri illik 38-40-a qaldırılıb./istiqlal/
441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
<