Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Obama İŞİD-ə dəstək verdiyini dedi

Dil dolaşar düz danışar...

ABŞ Prezidenti Barak Obama Müdafiə naziri Eşton Karter və Baş Qərargah rəisi Martin Dempseyin də daxil olduğu milli təhlükəsizliyin 35 səlahiyyətlisi ilə birlikdə təşkil etdiyi yığıncaqda böyük yanlışlığa yol verib.

Pentaqonun İraq ordusu və müxaliflərin təliminə önəm verdiyini söyləmək istəyən Obama bu ifadəni işlədib:

“İŞİD qüvvələrinin təlimini sürətləndiririk. Bura Ənbar vilayətindəki sünni tayfalardan çoxlu sayda könüllülər də daxildir”.

Məsələ burasındadır ki, prezidentin rəsmi saytı bu yanlışlığı düzəltmək əvəzinə, işləri bir az da korlayıb.

Sözügedən mətndə İŞİD-in ingiliscə istifadəsi olan “İSİL” sözündən istifadə olunub. Daha sonra mötərizə açılaraq “iraqlı” sözü əlavə edilib.

Ağ Evin bu səhvi “düzəltməyi” isə “göz çıxarmağa” bərabərdir. Çünki cümlə bu halda da “İraqdakı İŞİD qüvvələrinin təlimini sürətləndirəcəyik” mənasını verir./axar/
539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...