Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Kadırovdan İŞİD, Əl Qaidə ilə bağlı şok sözlər

Bağdadini amerikalılar doyuzdurur.

Bu açıqlama ilə Çeçenistan Prezidenti Ramzan Kadırov öz Feysbuk səhifəsində çıxış edib.

Onun sözlərinə görə, məhz İŞİD-in sayəsində on minlərlə insan həyatını itirib:

“30 il bundan əvvəl Usamə bin Laden, Abdulla Azam və Misir islam cihadının nümayəndələri Əl Qaidəni yaratdılar. Bu gün demək olar ki, heç kim bunun arxasında MKİ və ABŞ rəhbərliyinin dayanmasından şübhələnmir. Əl Qaidənin onurğa sütununu Mərkəzi Kəşfiyyat İdarəsinin maliyyələşdirdiyi əfqan döyüşçüləri təşkil edirdi. Əl Qaidə ilə mübarizə adı altında amerikalılar Əfqanıstan, Pakistan və digər islam ölkələrinin ərazilərini bombaladılar. Bunun nəticəsində minlərlə günahsız insan qətlə yetirildi. Əl Qaidə ABŞ-ın tapşırıqlarını yerinə yetirdi, həmçinin müsəlmanları da məhv etdi. Amerika hərbi akademiyası belə qənaətə gəlib ki, Əl Qaidə döyüşçülərinin 2004-cü ildən bu yana ümumi qurbanlarının 90%-i müsəlmanlar olub. Amma onlar Qərb ölkələrinə qarşı savaşdıqlarını deyirlər. Qətlə yetirilən qurbanların 80%-ini təkcə iraqlılar təşkil edib. Bu gün Qərbin eyni xüsusi xidmət orqanları tərəfindən yaradılan İblis dövləti (İŞİD – red.) on minlərlə müsəlmanı qətlə yetirir. Hər kəs bilir ki, Əbu Bəkr Bağdadi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən bəslənib, general Devid Petreus tərəfindən İraqdakı Kemp Bokka düşərgəsində əsir olan zaman təsir altına salınıb. Mən islam ölkələrində olan bütün insanlardan xahiş edirəm ki, gözlərini açıb, İblisin təbliğatına təslim olmasınlar”./axar/
399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30