Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

İcra başçısı su problemini “həll etdi”: hər evə 1 vedrə su...

“Hacıqabul rayonu, Nəvai kəndinə 5 gündür su verilmir. Bu gün - iyulun 8-də Hacıqabul Rayon İcra Hakimiyyətinə, rayon su idarəsinə şikayət etdik. Onlar da problemi kəndə bir maşın su göndərməklə “həll” etdilər”.

Bunu kənd sakini Səmid Mirzəyev deyib.

S.Mirzəyevin sözlərinə görə, rayon icra hakimiyyətinin göndərdiyi su maşını hər ailəyə cəmisi bir vedrə içməli su verir. Belə ki, bütün evlərə su çatsın deyə bir vedrədən artıq vermirlər: “Hacıqabul rayon su idarəsindən dedilər ki, su xətlərində təmir işləri aparılır. Buna görə də kəndə nə vaxt su veriləcəyini dəqiq bilmirik. Bizə “dözün” deyirlər. Amma yayın bu istisində susuz necə dözmək olar?”

Şikayətçi əkin sahələrinin suvarılmasında da problemlərin olduğunu dedi: “Nəvai əhalisinin sayına görə Hacıqabulun böyük kəndlərindən biridir, kənddə 500 təsərrüfat var. Kəndlinin əsas dolanışıq mənbəyi əkin-biçin, mal-qara, toyuq-cücədir. Onlar da susuzluqdan məhv olub gedir. Suvarma, içməli su probleminin həlli üçün şikayət etmədiyimiz yer qalmayıb. Amma baxan yoxdur”./virtualaz/

424 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16,