Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2013

Futbol üzrə dünya çempionatının qalibi 40 milyon dollar alacaq

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının qalibi 40 milyon dollar qazanacaq. Ans-in“korrespondent.net” saytına istinadən verdiyi görə, bu informasiyanı FİFA-nın baş katibi Jerom Balke yayıb. Onun sözlərinə görə, çempionatın ümumi fondu isə 560 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında İspaniya millisi 30 milyon dollar qazanmışdı.

Xatırladaq ki, dünya çempionatında qarşı-qarşıya gələcək komandaların səbətləri dekabrın 6-da Mata-di-San-Juan şəhərində keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Dünya çempionatına isə 2014-cü ilin 12 iyununda Braziliyanın San-Paulu şəhərində start veriləcək. Final oyunu iyulun 13-də Marakana stadionunda baş tutacaq.
1771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP