Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

“Krım məsələsi qapanıb” - Lavrovdan açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 9-da BRİKS çərçivəsində keçirdiyi brifinqdə belə deyib.

Onun sözlərinə görə, Braziliya, Çin, Cənubi Afrika Respublikası, Hindistanın təmsil olunduğu BRİKS Krımın Rusiyanın tərkibinə qaytarılması üçün keçirilən referendumun nəticələrinə şübhə etmir.

Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, zirvə görüşünün yekun sənədində bu mövqe əks olunacaq:

“Bundan başqa, sənəddə Rusiyanın Minsk razılaşmasının şərtlərinə tam əməl edilməsi ilə bağlı mövqeyi də yer alacaq. Düşünürəm ki, hər kəs Krım məsələsinin qapandığını anlayır. Bu məsələni Rusiya Federasiyasının tərkibinə keçmək qərarı verən Krım xalqı bağlayıb”.

Bəlli olduğu kimi, BMT Baş Assambleyası Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın ərazi bütövlüyünü dəstəklənməsi haqqında qətnamə qəbul edəndə Çin, Hindistan, Cənubi Afrika Respublikası, Braziliya sənədi imzalamamışdı.

Bunla yanaşı, Çin BMT Təhlükəsizlik Şurasının toplantılarında davamlı olaraq, problemin Ukraynanın ərazi bütövlüyü prinsipləri çərçivəsində nizamlanmasına tərəfdar olduğunu bildirib./Musavat/
606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber