Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

Bərdəli gənc banka olan kredit borcuna görə intihar edib

Külli miqdarda borcun gənc oğlanı ölümə sürükləməsi, Bərdə şəhərində Qəhrəmanlıq parkı adlanan ərazidə cavan oğlanın özünü Tərtər çayı üzərindəki körpüdən asması xəbəri dünən yayımlanmışdı. Fəhləliklə dolanan gəncin külli miqdarda borcu olması intihar etməsinə səbəb kimi ehtimal olunurdu.

Şəkildə gördüyünüz şəxs borca görə özünü öldürən həmin gəncdir. Banka olan kredit borcuna görə intihar etdiyi deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Oğuz rayonunda 53 yaşlı Məhəmməd Hüseynov Beynəlxalq Banka borca görə özünü öldürmüşdü. Onu ölümünə səbəb kimi həmin bankın Oğuz filialının rəhbərini göstərmişdi./milliaz/


784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...