Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyul 2015

“Suriya türk əsgərlərinin məzarlığına çevriləcək”

Suriyanın şimalında təhlükəsizlik bölgəsini yaratmaq istəyən Türkiyəyə İrandan xəbərdarlıq gəlib.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mənsur Həqiqətpur Suriyanın türk əsgərlərinin məzarlığına çevrilə biləcəyini deyib.

“Suriyanın türk əsgərlərinin məzarlığına çevrilməsini istəmirik. Türkiyə ordusunun Suriya döyüşünə daxil olması və burada yaradılacaq təhlükəsizlik bölgəsi Türkiyədəki yeni Osmanlı ideoloqlarının edəcəyi böyük bir səhv olar”, - komitə sədri bildirib.

İŞİD-in öz xəritəsində Türkiyəni “xilafət”in bir parçası olaraq gördüyünü qeyd edən Həqiqətpur söyləyib ki, Ankara təşkilatın Türkiyə ilə döyüşməyəcəyini zənn etməklə böyük səhv edir: “İŞİD-in Türkiyə daxilində təşkil edə biləcəyi terror aktları narahatlıq doğurur. Türkiyə sərhədlərinin xaricində yandırılacaq atəş Türkiyəni də yandırar”.
664 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber