Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2015

Həsən Ruhani Vladimir Putinlə görüşüb

İran prezidenti Həsən Ruhani nüvə proqramı ilə əlaqədar 6-lıq ölkələri ilə keçirilən danışıqarda Rusiyanın vacib rol oynadığını deyib. Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Ruhani qeyd edib ki, hazırda İranla Rusiya arasında kifayət qədər yaxşı qurulmuş əlaqələr var. Onun sözlərinə görə, hər iki tərəf siyasi iradə göstərərək bu əlaqələri daha da gücləndirə bilər.

“Əminəm ki, Rusiya ilə bütün sahələrdə əlaqələrimizi inkişaf etdirə bilərik. Vyana danışıqlarında problemin həlli istiqamətində gərəkli addımların atılacağına inanıram. Danışıqların davam etdirilməsində göstərdiyiniz təşəbbüsə görə isə, sizə təşəkkür etməyi özümə borc bilirəm, xüsusi ilə cənab Lavrovun burada rolunu vurğulamaq yerinə düşər” - deyə İran prezidenti Həsən Ruhani bildirib.

Xatırladaq ki, İran İslam respublikasının prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Rusiyanın Ufa şəhərində səfərdədir./ans/
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber