Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2015

İki klubumuz növbəti mərhələdə, "Neftçi" büdrədi

Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Ölkəmizi sözügedən turnirdə təmsil edən “Neftçi” səfərdə Monteneqronun “Mladost” klubu ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından mərhələnin taleyi məhz bugünkü qarşılaşmada bəlli olub. "Neftçi" matçın 71-ci dəqiqəsində Araz Abdullayevin qolu ilə hesabı açsa da, görüşün əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə meydan sahibləri bərabərlik qolunu vurub. İki görüşün nəticəsinə əsasən, "Mladost" növbəti mərhələyə yüksəlib.

***

Bakının “İnter” klubu isə artıq növbəti oyununu yekunlaşdırıb. Təmsilçimiz öz meydanında Albaniyanın “Laçi” klubunu qəbul edib. Səfərdə keçirilən ilk görüşdə rəqibi ilə bərabərə qalan (1:1) komandamız Bakıda da rəqibi ilə bərabərə qalıb. Qarşılaşma 0-0 hesablı nəticə ilə yekunlaşdığı üçün təmsilçimiz növbəti mərhələyə yüksəlib..

***

“Qəbələ” isə doğma meydanda Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda rəqibinə uduzmasına (1:2) baxmayaraq, komandamız ümidləri ikinci görüşdə doğruldub. Belə ki, "Qəbələ" rəqibinə 2-0 qalib gəlib./axar/
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı