Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2015

Şirvandakı partlayışda xəsarət alanlardan biri də xəstəxanada öldü

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Yanıq Mərkəzindən verilən məlumata görə, 1971-ci il təvəllüdlü Xatirə İnşallah qızı Səttarova bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb./apa/
624 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
Go to TOP