Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyul 2015

İŞİD Fəllucənin əhalisindən sipər və qalxan kimi istifadə edir!

Nur-az.com shia-news.com-a istinadən:
Çərşənbə günü İraqın əl-Ənbar vilayəti üzrə həmkarlar ittifaqının verdiyi məlumatda Fəllucə şəhərində təxminən 20 faiz camaatın qaldığı bildirilir və İŞİD şəhərin müxtəlif yerlərində yoxlama postları təyin edərək əhalinin məntəqəni tərk etməsinə qəti qadağa qoyub. Daxildə gedən proseslərə əsasən, dinc əhalidən sipər kimi istifadə ediləcəyi gözlənilir.
İttifaqın sədri Falih əl-İsavi deyib ki, vəziyyətlə əlaqədar olaraq gərək vilayət üzrə məsul şəxslər qabaqcadan əhalinin şəhəri tərk etməyi üçün lazımi tədbir görərdilər. Təəssüflər olsun ki, daha şəhərin, o cümlədən, Bu-ilvanın çıxış körpülərinə nəzarət postları təyin edilib və bu bizim işimizi olduqca çətinləşdirir.
Rəsmi məlumat üzrə, artıq Fəllucənin şimalında yerləşən Ərmilə məntəqəsi terrorist ünsürlərdən təmizlənib və onların əl-Səqlaviyədə əhalidən sipər kimi istifadə etdikləri halları müşahidə olunub.
416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber