Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2015

Fransa polislərinin saqqal saxlamasına icazə verildi

Fransada Polislərin Həmkarlar İttifaqı polisin saqqal saxlaması və tatuirovka vurdurması ilə bağlı icazəyə nail olub.

Sözügedən mövzu ilə bağlı müzakirələr iki ilə yaxın davam edib. Daha öncə polisin xarici görünüşü ilə bağlı məsələ 1974-cü ildə qəbul olunmuş qaydalara əsasən tənzimlənirdi. Belə ki, polisin saqqal uzatması üçün tibbi arayış gətirməsi lazım idi. Həmin arayışda bu məsələ həkimlər tərəfindən ciddi şəkildə əsaslandırılmalı idi.

“Əgər biz polislərin xalqa yaxın olmasını istəyiriksə, o zaman 1974-cü ildə qəbul edilmiş qaydaları dəyişməli, yeniləməliyik”. Bunu da Həmkarlar İttifaqının sədri İv Lefevre deyib. Amma qaydalarda qeyd edilib ki, saqqal səliqəli və baxımlı olmalı, hansısa sursatın daşınmasına maneçilik törətməməlidir. Bundan başqa, irqçi, siyasi, dini, ksenofob xarakterli tatuirovkaların vurdurulması da qadağandır./musavat/
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42